Aİ 2035-ci il üçün iqlim hədəfini açıqladı
Belem, 5 noyabr (Hibya) – Avropa Komissiyasının sədri Ursula fon der Leyen COP30 Sammiti ərəfəsində Avropa İttifaqının 2035-ci il üçün yeni iqlim öhdəliyini elan edib.
Fon der Leyen iqlim sammitində iştirak etmək üçün Braziliyanın Belem şəhərinə səfər edib.
O bildirib ki, Avropa İttifaqı 2035-ci ilə qədər istixana qazı emissiyalarını 1990-cı ilin səviyyələri ilə müqayisədə 66–72 faiz azaltmaq hədəfini qəbul edib və bu qərarın Avropanın 2050-ci ilə qədər iqlim neytrallığına çatmaq yolunda mühüm dönüş nöqtəsi olduğunu vurğulayıb.
Fon der Leyen əlavə edib: “Bu addım Paris Sazişinin məqsədlərinə nail olmağa kömək edəcək.”
Azərbaycan İnformasiya Agentliyi