Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas Böyük Britaniya və 11 ölkənin İordan çayının qərb sahilindəki qanunsuz İsrail yaşayış məntəqələrini hədəf alan ticarət sanksiyalarını dəstəklədiyini bildirib.

Kallas bütün Aİ üzvü ölkələrin İordan çayının qərb sahilindəki İsrail yaşayış məntəqələrinin beynəlxalq hüquqa əsasən qanunsuz olduğu barədə həmfikir olduğunu qeyd edib.

İordan çayının qərb sahilində yaşayış məntəqələrinin genişləndirilməsinin həyata keçirilə bilən iki dövlətli həll perspektivlərini zəiflətdiyini bildirən Kallas Aİ-nin Qəzza və İordan çayının qərb sahilinə humanitar yardımın ən böyük donoru olaraq qalmağa davam etdiyini qeyd edib.

Kallas Aİ-nin təhlükəsiz və tanınmış sərhədlər daxilində yanaşı yaşayacaq iki dövlətə əsaslanan hərtərəfli, ədalətli və davamlı sülhün əldə olunmasına dəstəyini davam etdirdiyini bildirib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp