Zelenski: Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəyik
Kiyev, 8 sentyabr (Hibya) - Ukrayna Prezidenti Volodimir Zelenski Norveçin Baş naziri Jonas Gahr Støre ilə Ukraynaya dəstəyin davam etdirilməsi və ölkənin hava hücumundan müdafiəsinin gücləndirilməsini müzakirə edəcəklərini açıqlayıb.
Ukrayna Prezidenti Volodimir Zelenski həyat yoldaşı Olena Zelenska ilə birlikdə Norveçə çatdığını və Norveçin Baş naziri Jonas Gahr Støre ilə görüşəcəyini bildirib.
Zelenski görüşdə Ukraynaya dəstəyin davam etdirilməsinin müzakirə olunacağını bildirərək xüsusilə hava hücumundan müdafiənin gücləndirilməsi və qış dövrünü keçməyə kömək edəcək digər sahələrdə yardımların nəzərdən keçiriləcəyini qeyd edib.
Zelenski həmçinin Norveçdə FREYJA ballistik raketdən müdafiə sistemini hazırlayan şirkətlərlə də görüşəcəklərini bildirib.
Azərbaycan İnformasiya Agentliyi