Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Avropa İttifaqına (Aİ) daxil olan dəyəri 150 avroya qədər olan elektron ticarət bağlamalarına gömrük rüsumunun tətbiqinə başlanıldığını açıqlayıb.

Fon der Lyayen bildirib ki, Avropada təxminən 30 milyon insan pərakəndə satış sektorunda çalışır və bu sahə özəl sektorda ən böyük məşğulluq sahəsidir.

O qeyd edib ki, aşağı dəyərli onlayn idxalın artması yerli pərakəndə satıcılar üçün ədalətsiz rəqabət yaradır. Həmçinin bu məhsulların əhəmiyyətli hissəsi Aİ-nin təhlükəsizlik standartlarına cavab vermir və istehlakçılar üçün risk daşıyır.

Bildirilib ki, yeni qayda Avropa şirkətləri üçün ədalətli rəqabəti bərpa etmək və istehlakçıları daha effektiv qorumaq məqsədilə qüvvəyə minib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp