Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukraynanın xarici işlər naziri Andrii Sıbiha Yaponiyada Yaponiyanın Daxili İşlər və Rabitə naziri, həmçinin Yaponiya-Ukrayna Parlament Dostluq Liqasının sədri Hayaşi Yoşimasa ilə görüşüb.

Görüşdə iki ölkə arasında praktiki əməkdaşlığın dərinləşdirilməsi, təhlükəsizlik sahəsində tərəfdaşlıq və texnoloji dayanıqlılığın artırılması məsələləri müzakirə olunub.

Sıbiha Hayaşinin 2023-cü ildə xarici işlər naziri kimi Ukraynaya etdiyi səfəri xatırladaraq, ikitərəfli münasibətlərə göstərdiyi davamlı dəstəyə görə ona təşəkkür edib.

Həmçinin bildirilib ki, Ukrayna nümayəndə heyəti Yaponiya-Ukrayna Parlament Dostluq Liqasının üzvləri ilə də görüşüb və Yaponiyanın Ukraynaya verdiyi dəstək yüksək qiymətləndirilib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp