Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

CCTV-nin məlumatına görə, Böyük Britaniya uzun müddətdir təxirə salınan Müdafiə İnvestisiya Planını açıqlayıb.

Plan çərçivəsində müdafiə xərclərinə əlavə 15 milyard funt sterlinq ayrılıb, ümumi müdafiə büdcəsinin isə növbəti dörd il ərzində təxminən 300 milyard funt sterlinqə çatdırılacağı bildirilib.

Starmer bildirib ki, hökumət 2029-cu ilə qədər müdafiə xərclərini ÜDM-in 2,3 faizindən 2,7 faizinə yüksəltməyi, daha sonra isə növbəti parlament dövründə bu göstəricini 3 faizə çatdırmağı hədəfləyir.

İlkin olaraq 2025-ci ilin payızında açıqlanması planlaşdırılan proqramın Müdafiə Nazirliyi ilə Xəzinədarlıq arasında maliyyələşmə və büdcə planlaşdırılması ilə bağlı fikir ayrılıqları səbəbindən bir neçə dəfə təxirə salındığı bildirilib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp