Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Qətər Baş nazirinin müşaviri və Xarici İşlər Nazirliyinin sözçüsü Al Ansari Corctaun Universitetinin Qətər kampusundakı Beynəlxalq və Regional Araşdırmalar Mərkəzinin təşkil etdiyi “Körfəz Əməkdaşlıq Şurasının Təhlükəsizliyi: İttifaqlar, Təhdidlər və Strateji Seçimlər” adlı sessiyada çıxış edib.

Al Ansari meydana çıxan təhlükəsizlik problemlərinə qarşı daha geniş və dayanıqlı təhlükəsizlik arxitekturasının yaradılması üçün dayanıqlılıq və hazırlığın gücləndirilməsinin, milli potensialın artırılmasının və regional əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyətini vurğulayıb.

Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) daxilində təhlükəsizlik mühitinin dəyişməsinə toxunan Al Ansari ittifaqların, beynəlxalq tərəfdaşlıqların, beynəlxalq hüququn və çoxtərəfli mexanizmlərin yeni təhlükəsizlik problemlərinin həllindəki roluna diqqət çəkib.

Qətərlə İran arasındakı münasibətlərə də toxunan Al Ansari fikir ayrılıqlarının idarə olunması və regional sabitliyin dəstəklənməsi üçün dialoq və kommunikasiya kanallarının qorunmasının, regional dialoqun gücləndirilməsinin vacib olduğunu bildirib.

Regional böhranlardan sonra KƏŞ ölkələri arasında əməkdaşlıq və koordinasiyanın artdığını bildirən Al Ansari bu inkişafın müxtəlif sahələrdə daha güclü koordinasiyada öz əksini tapdığını qeyd edib.

Al Ansari regional proseslərin təhlükəsizlik və iqtisadiyyata təsirlərinə də toxunaraq Hörmüz boğazının regional və beynəlxalq təhlükəsizlik, enerji axınları, qlobal ticarət və təchizat zəncirləri baxımından strateji əhəmiyyət daşıdığını bildirib.

Qətərin vasitəçilik roluna da toxunan Al Ansari vasitəçiliyin təhlükəsizliyi gücləndirmək üçün mühüm vasitə olaraq qalmaqda davam etdiyini və Qətərin tərəflər arasında kommunikasiya kanallarının yaradılmasına və dialoqun asanlaşdırılmasına üstünlük verdiyini bildirib.

Al Ansari vasitəçinin vəzifəsinin fərqli mövqelərə malik tərəfləri bir araya gətirərək onların anlaşma və razılaşmalara nail olmasına kömək etmək olduğunu, yenidənqurma məsuliyyətini öz üzərinə götürmək və ya sülhün təmin olunmasına zəmanət vermək olmadığını ifadə edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp