Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Qətər Xarici İşlər Nazirliyinin açıqlamasına görə, Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman bin Casim Al Thani Səudiyyə Ərəbistanının xarici işlər naziri Şahzadə Faysal bin Fərhan bin Abdullah Al Saud ilə görüşüb.

Görüşdə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi və müxtəlif sahələrdə birgə fəaliyyətin inkişaf etdirilməsi müzakirə olunub.

Görüş zamanı həmçinin regiondakı son hadisələr, gərginliyin azaldılması, təhlükəsizlik və sabitliyin gücləndirilməsinə yönəlmiş diplomatik səylər, eləcə də Qəzza zolağı və işğal altındakı Fələstin ərazilərindəki hadisələr nəzərdən keçirilib.

Tərəflər regional təhlükəsizlik və sabitliyin gücləndirilməsi istiqamətində səylər çərçivəsində iki ölkə arasında koordinasiya və məsləhətləşmələrin davam etdirilməsinin vacibliyini vurğulayıblar. Həmçinin mübahisələrin diplomatik yollarla həlli və gərginliyin azaldılması üçün regional və beynəlxalq səylərin birləşdirilməsinin zəruriliyinə diqqət çəkiblər.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp