Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İspaniyanın xarici işlər naziri Xose Manuel Albares daha 11 ölkənin İspaniyanın rəhbərlik etdiyi, işğal olunmuş Fələstin ərazilərindəki İsrail məskunlaşmalarından gələn məhsulların ticarətinə son qoyulması çağırışına qoşulduğunu bildirib.

Albares açıqlamasında, “Daha 11 ölkə işğal olunmuş Fələstin ərazilərindəki İsrail məskunlaşmalarından gələn məhsulların ticarətinə son qoymaq üçün İspaniyaya qoşulur.” deyib.

İsrail məskunlaşmalarının və İordan çayının Qərb sahilində məskunlaşanların zorakılığının iki dövlətli həllin qarşısında maneə yaratdığını bildirən Albares, bu fəaliyyətlərin davamlı sülh perspektivini də çətinləşdirdiyini qeyd edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp