Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İspaniyanın xarici işlər, Avropa İttifaqı və əməkdaşlıq naziri Jose Manuel Albares Rusiyanın Kiyevdə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş Müqəddəs Sofiya Katedralinin yaxınlığındakı SBU qərargahını hədəf alan hücumunu tənqid edib.

Hücuma reaksiya verən Albares, “Rusiyanın Kiyevdəki Təhlükəsizlik Xidmətinin mərkəzi qərargahına, UNESCO-nun bəşəriyyət irsi olan Müqəddəs Sofiya Katedralinin yaxınlığında həyata keçirdiyi hücumu kəskin şəkildə pisləyirəm.” deyib.

Hücumun nəticələrinə və xarakterinə diqqət çəkən Albares, “Bu hücum qəbuledilməz eskalasiyadır. Bu, mülki əhaliyə, irsə və sülhə qarşıdır.” deyə bildirib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp