Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

CCTV-nin məlumatına görə, Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Tahir Andrabi ABŞ və İran arasında texniki səviyyədə aparılan danışıqların qısa fasilədən sonra gələn çərşənbə axşamı yenidən başlayacağını açıqlayıb.

Həftəlik mətbuat konfransında çıxış edən Andrabi bildirib ki, Pakistan və Qətər tərəflər arasında imzalanmış Sülh Anlaşma Memorandumunun (MoU) effektiv şəkildə həyata keçirilməsi üçün ABŞ və İranın texniki qrupları ilə təmaslarını davam etdirirlər.

Sözçü qeyd edib ki, sözügedən memorandum və keçirilən ilk danışıqlar raundu diplomatiya və dialoqun mübahisə və münaqişələrin həllində ən effektiv yol olduğunu bir daha nümayiş etdirib.

Bəyanatda həmçinin Pakistanın regional sülhün təşviqi, gərginliyin azaldılması və dialoq proseslərinin dəstəklənməsi istiqamətində oynadığı konstruktiv rolun beynəlxalq ictimaiyyət tərəfindən müsbət qiymətləndirilməsindən məmnunluq ifadə olunub.

Andrabi həmçinin Pakistanın vasitəçilik təşəbbüslərini dəstəkləyən bütün ölkələrə və beynəlxalq tərəfdaşlara təşəkkür edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp