Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Avstraliyanın xarici işlər naziri Penni Vonq Timor-Lestenin xarici işlər naziri Bendito Freitas ilə görüşündə iki ölkə arasında münasibətlərin gücləndirilməsi istiqamətində əməkdaşlıq sahələrini müzakirə edib.

Görüş zamanı liderlər tərəfindən daha əvvəl imzalanmış “Parceria” bəyannaməsinin icrası qiymətləndirilib, həmçinin Timor-Lestenin ASEAN daxilindəki rolu və regional inteqrasiya prosesinə töhfələri müzakirə olunub.

Nazir Vonq Avstraliya və Timor-Lestenin “tərəfdaşlar, dostlar və qonşular” olduğunu vurğulayaraq, iqtisadi inkişaf, müdafiə və təhlükəsizlik sahələrində daha sıx əməkdaşlığın vacibliyinə diqqət çəkib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp