Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İranın xarici işlər naziri Seyid Abbas Arakçi Almaniyanın İrana yeni təyin olunmuş səfiri Alex Dittmannı qəbul edib.

Arakçi görüşdə beynəlxalq münasibətlərdəki mövcud hadisələr barədə açıq və əhatəli fikir mübadiləsi apardıqlarını bildirib.

Hüququn aliliyini təhdid edən və beynəlxalq sülh və təhlükəsizliyi təhlükə altına salan təhdid və çağırışlarla mübarizənin ortaq məsuliyyət olduğunu bildirən Arakçi bu sahədə uzaqgörənlik, cəsarət və əməkdaşlığa ehtiyac olduğunu qeyd edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp