Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İtaliyanın Baş naziri Giorgia Meloni Litva Prezidenti Gitanas Nausedanı Romadakı Chigi Sarayında qəbul edib.

Meloni görüşün iki ölkə arasındakı münasibətlərin möhkəmliyini təsdiqlədiyini və müdafiə ilə enerji kimi strateji sahələrdə əməkdaşlığın daha da gücləndirilməsi iradəsini ortaya qoyduğunu bildirib.

Görüşdə rəqabət qabiliyyətinin və sənaye bazasının gücləndirilməsi, ev təsərrüfatları və müəssisələr üçün enerji xərclərinin azaldılması və ortaq prioritetlərə cavab verəcək yeni Çoxillik Maliyyə Çərçivəsinin yaradılması müzakirə olunub. Meloni həmçinin miqrasiya axınlarının idarə edilməsi, Avropanın xarici siyasət ölçüsünün gücləndirilməsi, beynəlxalq hadisələr, sülh və sabitlik məsələlərinin də qiymətləndirildiyini bildirib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp