Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Asiya bazarlarında həftənin ilk ticarət günündə qarışıq mənzərə müşahidə edildi. Hindistan birjası cüzi artım qeydə alarkən, Avstraliya, Yaponiya, Honq Konq və Çin birjalarında eniş baş verdi.

Hindistanda NIFTY 50 indeksi 0,09 faiz artaraq 24.124,55 bəndə yüksəldi. S&P/ASX 200 indeksi isə 0,07 faiz azalaraq 8.809,70 bəndə gerilədi.

Yaponiyada Nikkei 225 indeksi 1,61 faiz enərək 71.188,61 bənd səviyyəsində ticarət olunarkən, Honq Konqda Hang Seng İndeksi (HSI) 1,13 faiz azalaraq 23.499,88 bəndə düşdü.

Çində Shanghai Composite indeksi isə 0,37 faiz dəyər itirərək günü 4.147,549 bənd səviyyəsində başa vurdu.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp