Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Görüşdə Əliyev Suanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM / CICA) Bakıda keçiriləcək Zirvə toplantısında iştirakından məmnunluğunu ifadə edərək, Azərbaycanın CICA sədrliyinin uzadılmasına verdiyi dəstəyə görə Vyetnama təşəkkürünü bildirib.

Tərəflər iki ölkə arasında strateji tərəfdaşlığın inkişafını və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı müzakirə ediblər. Görüşdə iqtisadiyyat, ticarət, nəqliyyat, bərpaolunan enerji, turizm və investisiyalar, eləcə də viza rejiminin sadələşdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Enerji sahəsində əməkdaşlıq çərçivəsində SOCAR ilə "PetroVietnam" arasında imzalanmış anlaşma memorandumu və tərəfdaşlığın genişləndirilməsi perspektivləri dəyərləndirilib.

Vo Thi An Suan, həmçinin Heydər Əliyev Fondunun Vyetnamda həyata keçirdiyi humanitar və mədəni layihələrə görə təşəkkür edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp