Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Qətər Xarici İşlər Nazirliyinin dövlət naziri doktor Məhəmməd bin Əbdüləziz bin Saleh Əl-Xüleyfi Polşanın Milli Təhlükəsizlik Bürosunun rəhbəri Bartoş Qrodetski ilə Polşanın paytaxtı Varşavada görüşüb.

Qətər Xarici İşlər Nazirliyinin açıqlamasına görə, görüş zamanı ikitərəfli əməkdaşlıq münasibətləri və bu münasibətlərin inkişaf etdirilməsi imkanları müzakirə olunub.

Görüşdə həmçinin regional təhlükəsizliyin və sabitliyin gücləndirilməsi, gərginliyin azaldılması istiqamətində birgə koordinasiya və davam etdirilən diplomatik səylər nəzərdən keçirilib.

Qətərin dövlət naziri Əl-Xüleyfi ölkəsinin dəniz gəmiçiliyi azadlığını təmin edəcək və regionda davamlı sülhün bərqərar olması üçün hərtərəfli razılaşmaya zəmin yaradacaq bütün diplomatik təşəbbüsləri dəstəklədiyini bildirib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp