Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

NATO-nun Baş katibi Mark Rutte Estoniyanın paytaxtı Tallində keçirilən birgə mətbuat konfransında ölkənin müdafiə sahəsinə yatırdığı investisiyaları və Ukraynaya göstərdiyi dəstəyi yüksək qiymətləndirib.

Estoniyanın Alyans daxilində mühüm rolunu vurğulayan Rutte bildirib:

“Siz yalnız Alyansa arxalanmırsınız, Estoniya olaraq onu daha da gücləndirirsiniz. Müdafiə investisiyalarında liderlik edirsiniz. Bu il əsas müdafiə xərcləriniz həqiqətən də ümumi daxili məhsulunuzun 5 faizindən çoxdur və bu göstərici bütün NATO üzrə ən yüksək səviyyələrdən biridir. Estoniya təkcə öhdəliklərini yerinə yetirmir, həm də standartları müəyyən edir. Siz Ukrayna məsələsində də fövqəladə liderlik nümayiş etdirmisiniz. 2022-ci ildən bəri 850 milyon avrodan çox hərbi yardım göstərmisiniz və bir neçə min ukraynalı hərbçiyə təlim keçmisiniz.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp