Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa məktub göndərərək onu doğum günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömür və uğurlar arzulayıb.

Əliyev məktubunda Trampın Azərbaycan ilə ABŞ arasında strateji tərəfdaşlığın inkişafında mühüm rol oynadığını qeyd edib. O bildirib ki, iki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası münasibətləri yeni səviyyəyə yüksəldib.

Əliyev həmçinin Cənubi Qafqazda sülh prosesinə yönəlmiş təşəbbüslərə görə təşəkkürünü bildirib, Vaşinqtonda imzalanmış üçtərəfli bəyannamənin və Azərbaycan ilə Ermənistan arasında sülh sazişinə aparan addımların əhəmiyyətini vurğulayıb.

Məktubda "Trump Route for International Peace and Prosperity (TRIPP)" layihəsinə də toxunularaq bunun regional əlaqəliliyin və Orta Dəhlizin inkişafına töhfə verəcəyi qeyd olunub.

Əliyev Azərbaycan ilə ABŞ arasında ticarət, enerji, investisiya, təhlükəsizlik və texnologiya sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp