Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Daşkənddə Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimlərinə onlayn şəkildə qatılıblar.

Tədbir çərçivəsində “Davr Bank” (Azərbaycan Respublikasının Beynəlxalq Bankı), bir gips zavodu (“Matanat-A”) və Landau Təhsil Qrupu tərəfindən həyata keçirilən iki STEAM (Elm, Texnologiya, Mühəndislik və Riyaziyyat) məktəbi istifadəyə verilib.

Həmçinin 5 yeni SOCAR yanacaqdoldurma məntəqəsi, “Sea Breeze Uzbekistan” yaşayış və istirahət kompleksi (“Agalarov Development”), “Baku City” yaşayış kompleksi (“TuranAZ”), “Sur Gold and Silver Project” çərçivəsində gümüş filizinin emalı və zənginləşdirilməsi zavodu, eləcə də “Golden Fresh Fruits” tərəfindən salınacaq meyvə bağları üçün təməlqoyma mərasimləri keçirilib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp