Əliyev və Mirziyoyev Daşkənddə qarşılıqlı ordenlərlə təltif ediliblər
Daşkənd, 23 avqust (Hibya) – Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifetmə mərasimi keçirilib.
Daşkənddə keçirilən mərasimdə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevə “Dostluq” ordenini təqdim edib, İlham Əliyev isə Mirziyoyevə “Heydər Əliyev” ordenini verib.
Təltifetmə mərasimində Prezident Şavkat Mirziyoyev İlham Əliyevə dövlət başçısına verilən ən yüksək “Dostluq” ordenini təqdim edib.
Prezident İlham Əliyev isə öz növbəsində Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə “Heydər Əliyev” ordenini təqdim edib.
Azərbaycan İnformasiya Agentliyi