Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Fələstin Baş naziri Məhəmməd Mustafa, Lüksemburqda keçirilən Avropa-Fələstin yüksək səviyyəli siyasi dialoqu çərçivəsində Aİ-yə üzv bəzi ölkələrin xarici işlər nazirləri ilə görüş keçirib.

Mustafa, Fələstin xalqına qarşı işğal hücumlarının dayandırılması üçün beynəlxalq təzyiqlərin əhəmiyyətinə diqqət çəkib. Bu kontekstdə o, Qəzza zolağında davamlı atəşkəsin təmin edilməsinin, işğalçı ordu və məskunlaşanların xüsusilə Qüds daxil olmaqla İordan çayının qərb sahilindəki hücumlarının dayandırılmasının və bu bölgələrdə əhalinin məcburi köçürülməsinə son qoyulmasının vacibliyini vurğulayıb.

Görüşlərdə Mustafa Qahirədə keçirilən Ərəb Liqası Zirvəsi və İslam Əməkdaşlıq Təşkilatının toplantısında qəbul edilən Qəzza zolağının bərpası planının, hücumlar dayandıqdan dərhal sonra həyata keçirilməsinə dəstək yollarını müzakirə edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp