Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda keçirdiyi görüşdə iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsinə yönələn addımları müzakirə edib.

Görüşdə ticarət sahəsində yeni imkanların qiymətləndirilməsi, iqtisadi və humanitar əlaqələrin gücləndirilməsi məsələləri müzakirə olunub. Görüşün ardından Azərbaycan Xarici İşlər Nazirliyi ilə Sent-Vinsent və Qrenadinlərin Xarici İşlər, Xarici Ticarət, Xarici İnvestisiyalar və Diaspor İşləri Nazirliyi arasında siyasi məsləhətləşmələrə dair protokol imzalanıb.

Bayramov bildirib ki, protokol iki ölkə arasında institusional əlaqələrin inkişaf etdirilməsi və müntəzəm siyasi məsləhətləşmələrin davam etdirilməsi üçün çərçivə yaradacaq.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp