Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

BƏƏ Baş Qərargah rəisinin müavini, general-mayor Şeyx Əhməd bin Tahnun Əl Nəhyan Hərbi Polis Komandanlığını ziyarət edib.

Ziyarət zamanı hərbi polisin vəzifə və məsuliyyətləri, eləcə də bölmələrin səmərəliliyinin və əməliyyat hazırlığı səviyyəsinin artırılmasına yönəlmiş inkişaf planları barədə ətraflı brifinq təqdim olunub. Əl Nəhyan komandanlığın müxtəlif şöbə və bölmələrində görülən işlərlə də yerində tanış olub.

Ziyarət çərçivəsində hərbi təhlükəsizlik və intizam sisteminin gücləndirilməsində istifadə olunan yeni sistem və texnologiyalar haqqında məlumat alan Əl Nəhyan silahlı qüvvələrin bölmələrinin imkan və qabiliyyətlərinin qorunması, hərbi obyektlərin təhlükəsizliyinin təmin edilməsi və bütün bölmələrdə hərbi intizam standartlarının yüksəldilməsi istiqamətində görülən işləri qiymətləndirib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp