Belçika Xarici İşlər Nazirliyi: Venesuelalıların hüquqları və iradəsi hörmətlə qarşılanmalıdır
Belçika Xarici İşlər Nazirliyi Venesueladakı seçkilərin nəticələrinin obyektiv şəkildə təsdiqlənməsi çağırışını dəstəklədi.
Belçika Xarici İşlər Nazirliyi, Avropa İttifaqının (Aİ) Venesueladakı seçkilərin nəticələrinin obyektiv şəkildə təsdiqlənməsi çağırışına qoşulduqlarını bildirdi.
Nazirliyin bəyanatında küçələrdə müşahidə olunan zorakılıq və repressiyanın narahatlıq doğurduğu vurğulanaraq, "Venesuelalıların hüquqları və iradəsi hörmətlə qarşılanmalıdır." ifadəsinə yer verildi.
Azərbaycan İnformasiya Agentliyi