Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ Dövlət katibi Marko Rubionun İranı gəmilərə hücum etməkdə ittiham etdiyi açıqlamalarını tənqid edib.

Rubionun “İkinci Dünya müharibəsindən və Karib dənizi quldurlarından bəri belə bir şey görməmişik” sözlərini xatırladan Bəqayi ABŞ Prezidenti Donald Trampın 1 may 2026-cı ildə ticarət gəmilərinin ələ keçirilməsi və neft yüklərinin müsadirə olunması ilə bağlı verdiyi açıqlamanı yada salıb.

Bəqayi Trampın həmin açıqlamada “Biz quldurlar kimiyik. Müəyyən mənada bizi quldur hesab etmək olar” dediyini qeyd edərək, Rubionun bu sözləri unutmuş kimi görünməsini tənqid edib. Bəqayi Rubionun açıqlamalarının Trampın əvvəlki ifadələri ilə ziddiyyət təşkil etdiyini vurğulayıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp