BMT: Səhralaşma və quraqlıq milyardlarla insan üçün təhlükə yaradır
Nyu-York, 14 may (Hibya) - Birləşmiş Millətlər Təşkilatı (BMT) səhralaşma və quraqlığın dünya üzrə insanların həyatını və dolanışığını təhdid etdiyini bildirərək, iqlim böhranı ilə mübarizə çərçivəsində təcili addımlar atılmasına çağırıb.
BMT-nin yaydığı açıqlamada səhralaşma və quraqlığın qlobal miqyasda təsirlərini artırdığı və milyardlarla insanın hələ də təhlükəsiz suya çıxış problemi yaşadığı bildirilib.
Açıqlamada vurğulanıb ki, deqradasiyaya uğramış torpaqların bərpası və gələcək nəsillər üçün davamlı yaşayış şəraitinin təmin edilməsi məqsədilə təcili iqlim tədbirləri vacibdir.
Birləşmiş Millətlər Təşkilatı iqlim dəyişikliyi ilə mübarizə, su ehtiyatlarının qorunması və davamlı ekoloji siyasətlərin həyata keçirilməsinin qlobal prioritet olması lazım olduğunu qeyd edib.
Azərbaycan İnformasiya Agentliyi