Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Bolqarıstan Ədliyyə Nazirliyi bildirib ki, 3 dekabrdan Arbitraj Reyestri rəsmi olaraq fəaliyyətə başlayıb və onun iş prinsiplərini müəyyən edən qaydalar qüvvəyə minib.

Arbitraj haqqında Qanunda aparılan və Bolqarıstan tarixində ilk olan dəyişikliklər nəticəsində qısa müddətdə müasir Arbitraj Reyestri yaradılıb. Nazirlik qeyd edib ki, bu reyestr Bolqarıstanda yerləşən bütün arbitraj qurumlarını və ölkə ərazisində arbitraj yeri müəyyən olunan bütün arbitraj işlərini, o cümlədən özəl arbitrajları qeydiyyata alır.

Bildirilib ki, arbitraj qurumlarının əsas məlumatları, habelə reyestrə daxil edilmiş hakimlərin adları və peşələri ictimaiyyət üçün açıq olacaq, lakin iş tərəfləri, proses detalları və təqdim olunan sənədlər kimi həssas məlumatlar gizli saxlanılacaq.

Ədliyyə Nazirliyi vurğulayıb ki, reyestrin əsas məqsədi “saxta arbitrajların” və sui-istifadələrin qarşısını almaqla arbitraj prosesinə dair şəffaflığı və ictimai inamı artırmaqdır. Yeni sistem vətəndaşlara və hüquqi şəxslərə arbitraj qurumlarının legitimliyini və arbitraj hakimlərinin peşəkarlığını asanlıqla yoxlamağa imkan verir.

Nazirlik əlavə edib ki, qəbul edilən hüquqi dəyişikliklər, keçmişdə, əsasən nəzarətsiz hakimlər tərəfindən verilmiş və qalmaqallara səbəb olmuş qərarların yaratdığı problemlərə cavab olaraq hazırlanmışdır. Arbitraj hakimlərinə tələblər artırılıb və xüsusilə tacir və ya sahibkar olmayan fiziki şəxslərin müdafiəsi gücləndirilib. Arbitraj üçün açıq razılıq və sənədlərin real qaydada çatdırılması məcburi edilib, fərzi çatdırılma imkanı isə ləğv olunub.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp