Brekelmans, Aİ ölkələrinin 27 səfiri ilə görüşüb
Amsterdam, 17 iyun (Hibya) – Hollandiya Müdafiə naziri Ruben Brekelmans Avropa İttifaqına (Aİ) üzv ölkələrin 27 səfiri ilə görüşüb.
NATO sammiti ərəfəsində Müdafiə naziri Ruben Brekelmans Haaqada Aİ ölkələrinin 27 səfiri ilə görüş keçirib.
Brekelmans bildirib: “Rusiya təcavüzü, Ukraynadakı müharibə, İranın (nüvə) təhdidi və Yaxın Şərqdəki qeyri-sabitlik... Avropanın təhlükəsizliyimizə daha çox məsuliyyət daşıması üçün kifayət qədər səbəb var.”
Azərbaycan İnformasiya Agentliyi