Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Fransız Qvianasındakı Kurudan uğurla buraxılan Avropa Kosmik Agentliyinin (ESA) “Biomassa” Yer müşahidə missiyası dünyadakı meşələr və onların karbon dövriyyəsindəki rolu barədə anlayışları genişləndirməyi hədəfləyir.

Missiya meşələrin ölçüsü, çəkisi və meşəsizləşmə sahələri kimi məlumatları ortaya çıxarmaq üçün qabaqcıl radar texnologiyasından istifadə edəcək.

Böyük Britaniya Kosmik Agentliyinin baş direktoru Dr. Pol Beyt bildirib: “Biomassa peyki Yer kürəsinin karbon dövranını anlamaqda böyük bir sıçrayışdır. Dünyanın meşələrini kosmosdan misilsiz detallarla xəritələşdirməklə, planetimizin iqlim dəyişikliyinə necə cavab verdiyi barədə vacib məlumatlar təqdim edəcək və alimlərə, siyasətçilərə və təbiəti qoruyanlara düzgün qərarlar verməyə kömək edəcək.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp