Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

El Salvador Prezidenti Nayib Bukele Haitidə girov saxlanılan dörd vətəndaşını xilas etmək üçün hərbi əməliyyata başladıqlarını bildirib.

Bukele qaçırılan şəxslərin beynəlxalq missiya çərçivəsində Haitidə fəaliyyət göstərən aviasiya texnikləri olduğunu qeyd edib. O, komandanın yalnız pilotlardan və texniki heyətdən ibarət olduğunu, onların əsas vəzifəsinin tibbi təxliyə həyata keçirmək və insanların həyatını xilas etmək olduğunu vurğulayıb.

Bukele texniklərin bölgədəki mağazadan ərzaq aldıqdan sonra geri qayıdarkən qaçırıldığını bildirərək, əməliyyatın məqsədinin dörd vətəndaşı sağ-salamat ölkələrinə qaytarmaq olduğunu qeyd edib.

Quldur dəstələrinin rəhbərlərinə müraciət edən Bukele girovların sağ və xəsarət almadan azad edilməyəcəyi təqdirdə daha genişmiqyaslı addımlar atılacağı barədə xəbərdarlıq edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp