Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Sözçü Guo Jiakun jurnalistlərə deyib: “15 sentyabr 2025-dən 14 sentyabr 2026-dək adi pasportlu Rusiya vətəndaşları üçün vizasız sınaq siyasəti qüvvədə olacaq”. O əlavə edib ki, Rusiya vətəndaşları iş, turizm, ailə ziyarətləri və ya təhsil mübadiləsi məqsədilə vizasız Çinə daxil ola biləcəklər.

Rusiya Turoperatorları Assosiasiyası bildirib ki, qaydaların yumşaldılması rusların Çinə turizmini 40%-ə qədər artıra bilər. Rusiya sərhəd xidmətlərinin məlumatına görə, 2025-ci ilin ilk yarısında 1 milyondan çox rus Çinə səyahət edib. Bu, əvvəlki illə müqayisədə təxminən üçdəbir artım deməkdir və Çini ən çox ziyarət edilən beşinci istiqamətə çevirib.

Çin, 2023-cü ildə Covid-19 məhdudiyyətlərini aradan qaldırdıqdan və sərhədlərini yenidən açdıqdan sonra vizasız giriş siyasətini 75 ölkəyə genişləndirdi.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp