Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Pakistan Baş nazirinin müavini və xarici işlər naziri Mohammad Ishaq Dar Londonda Beynəlxalq Dəniz Təşkilatının (IMO) Baş katibi Arsenio Dominguez ilə görüşüb.

Dar Pakistanın IMO-ya uzunmüddətli sadiqliyini bir daha təsdiqləyərək, təşkilatın beynəlxalq dəniz daşımalarının təhlükəsiz, etibarlı və səmərəli şəkildə həyata keçirilməsindəki rolunu yüksək qiymətləndirdiyini bildirib.

Dar MT Honour 25 gəmisində saxlanılan 10 pakistanlı dənizçinin təhlükəsiz şəkildə azad edilməsi istiqamətində aparılan səylərə göstərdiyi dəstəyə görə IMO Baş katibinə təşəkkür edib. Bütün dənizçilərin mümkün qədər tez ölkələrinə qayıtması üçün təcili və effektiv institusional müdaxilə çağırışı edib.

Dar Pakistanın dənizçilik idarəçiliyini gücləndirmək, beynəlxalq dənizçilik standartlarını tətbiq etmək və mavi iqtisadiyyatını inkişaf etdirmək istiqamətində fəaliyyətini davam etdirdiyini bildirərək, Pakistan ilə IMO arasında dəniz təhlükəsizliyi, mühafizə, tənzimləyici islahatlar və dənizçilik sektorunun inkişafı üzrə əməkdaşlığın gücləndirilməsinin də müzakirə olunduğunu qeyd edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp