Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Niderlandın müdafiə naziri Dilan Yesilgöz-Zegerius müasir döyüş meydanına hazırlıq işləri ilə bağlı açıqlama verib.

Yesilgöz-Zegerius müdafiə qüvvələrinin müasir döyüş meydanına hazırlıq məqsədilə daha sürətli və real təlimlər keçirə bilməli olduğunu bildirib.

Niderlanddakı 't Harde Artilleriya Atış Poliqonunda keçirilən təlimlərə diqqət çəkən Yesilgöz-Zegerius mövcud qaydaların zaman-zaman hərbi personalın fəaliyyətinə mane olduğunu qeyd edib.

Yesilgöz-Zegerius bu səbəbdən Müdafiə Hazırlığı Qanununa ehtiyac olduğunu bildirərək, ölkənin təhlükəsizliyinin hazır vəziyyətdə olan silahlı qüvvələr tələb etdiyini vurğulayıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp