Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Polşa Prezidenti Andjey Duda, İkinci Dünya Müharibəsinin başa çatmasının 80 illiyi ilə bağlı mesaj paylaşıb.

"Bir daha heç vaxt müharibə olmasın! Bu çağırış bu gün, dünyanın ən dəhşətli münaqişəsi olan İkinci Dünya Müharibəsinin başa çatmasının 80 illiyini qeyd etdiyimiz bir gündə xüsusilə səslənməlidir. Dünya bu gün sülhə ehtiyac duyur. Rusiyanın Ukraynaya qarşı təcavüzü, Yaxın Şərqdəki münaqişələr, Hindistan ilə Pakistan arasında gərginlik... Yenə təhlükəli dövrlərdəyik. İkinci Dünya Müharibəsinin dərin ağrılar və qəhrəmanlıqlarla formalaşmış dövrü bizim üçün xəbərdarlıq və çağırış olmalıdır: sülh üçün məsuliyyət götürmək, zorakılıq üzərində deyil, qanunun gücü ilə qurulmuş bir dünya yaratmaq! Qəhrəmanlara şan və şöhrət olsun!"

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp