Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Qətər Xarici İşlər Nazirliyinin məlumatına görə, Baş nazir və xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl-Tani Qahirədə Misirin xarici işlər naziri Dr. Bədr Abdelatti ilə görüşüb.

Görüşdə iki ölkə arasındakı əməkdaşlıq əlaqələri və onların dəstəklənməsi və gücləndirilməsi yolları müzakirə olunub. Həmçinin ABŞ ilə İran İslam Respublikası arasında vasitəçilik səyləri, eləcə də Livan, Qəzza zolağı və işğal olunmuş Fələstin torpaqlarındakı hadisələr nəzərdən keçirilib.

Bölgədə təhlükəsizlik və sabitliyin gücləndirilməsinə töhfə verəcək gərginliyin azaldılmasına yönəlmiş vasitəçilik təşəbbüslərinin dəstəklənməsi məqsədilə koordinasiyalı səylər də müzakirə olunub.

Əl-Tani bütün tərəflərin davam edən vasitəçilik səylərinə müsbət cavab verməsinin vacibliyini vurğulayaraq bildirib ki, bu səylər böhranın köklərinə sülh yolu və dialoq vasitəsilə yanaşmağa imkan verəcək və yenidən gərginliyin qarşısını alan davamlı razılaşmanın əldə olunmasına şərait yaradacaq.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp