Əliyev Dublində Böyük Britaniyanın Baş naziri Börnhemlə görüşüb
Dublin, 13 noyabr (Hibya) - Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri Endi Börnhemlə görüşüb.
Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri Endi Börnhemlə görüşüb.
Görüşün əvvəlində iki ölkə arasında "Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə" mübadilə edilib. Bu sənədin qəbulunun münasibətləri rəsmi olaraq keyfiyyətcə yeni səviyyəyə yüksəltdiyi vurğulanıb, eyni zamanda münasibətlərin əvvəllər də strateji tərəfdaşlıq xarakteri daşıdığı qeyd olunub.
Əliyev enerji sahəsində 30 ildən artıq davam edən əməkdaşlığa toxunaraq Böyük Britaniyanın Azərbaycanda Avropanın ən böyük investoru olduğunu bildirib.
Görüşdə bərpaolunan enerji, yüksək texnologiyalar və süni intellekt sahələrində də geniş imkanların mövcud olduğu vurğulanıb. Son aylarda Böyük Britaniyadan Azərbaycana həyata keçirilən yüksək səviyyəli rəsmi səfərlərin və aparılan danışıqların əhəmiyyəti qeyd edilib. Liderlər həmçinin beynəlxalq gündəlikdəki məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Azərbaycan İnformasiya Agentliyi