Ərdoğan NATO Atlantik Şurasının Dövlət və Hökumət Başçıları Sessiyasında iştirak etdi
Türkiyə Respublikası Prezidenti Rəcəb Tayyib Ərdoğan Amerika Birləşmiş Ştatlarının (ABŞ) paytaxtı Vaşinqtonda NATO Atlantik Şurasının Dövlət və Hökumət Başçıları Sessiyasında iştirak etdi.
Sammitin keçirildiyi Walter E. Convention Center-ə gələn Prezident Ərdoğan ABŞ Prezidenti Co Bayden və NATO Baş katibi Yens Stoltenberq tərəfindən qarşılandı.
Qarşılanmadan sonra, NATO-ya üzv ölkələrin dövlət və hökumət başçıları ailə fotosu çəkdirdilər. Prezident Ərdoğan daha sonra NATO Atlantik Şurasının Dövlət və Hökumət Başçıları Sessiyasında iştirak etdi.
Azərbaycan İnformasiya Agentliyi