Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

22 üzvdən ibarət Ərəb Liqası, Avropa İttifaqının bütün üzvləri və daha 17 ölkə Səudiyyə Ərəbistanı və Fransanın ev sahibliyi etdiyi BMT konfransında çərşənbə axşamı imzalanmış bəyanatı dəstəkləyib.

Nyu-York görüşü "Fələstin məsələsinin sülh yolu ilə həlli və İki Dövlətli Həllin həyata keçirilməsi" məqsədilə təşkil olunub və bəyanat imzalayanların növbəti atılası addımlar barədə fikirlərini əks etdirir.

Birgə mətndə deyilir: "Fələstin ərazilərinin idarəçiliyi, hüquq-mühafizə və təhlükəsizlik sahələri yalnız beynəlxalq dəstəklə Fələstin Administrasiyasının səlahiyyətində olmalıdır". Eyni zamanda vurğulanır ki, "Qəzzadakı müharibənin başa çatması kontekstində HƏMAS Qəzzadakı idarəçiliyini dayandırmalı və suveren və müstəqil Fələstin Dövləti məqsədi ilə beynəlxalq iştirak və dəstəklə silahlarını Fələstin Administrasiyasına təhvil verməlidir".

Bəyanatda həmçinin HƏMAS-ın 7 oktyabr 2023-cü ildə İsrailə etdiyi ölümcül hücum qınanıb və BMT-nin himayəsi altında və Fələstin Administrasiyasının dəvəti ilə "müvəqqəti beynəlxalq sabitləşdirmə missiyası"nın yerləşdirilməsi təklif edilib.

"Bəzi üzv dövlətlərin hərbi qüvvələr göndərməyə hazır olduqlarını bildirmələrini alqışlayırıq", – deyə sənəddə qeyd olunub.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp