FED faiz dərəcəsini dəyişməz saxladı
ABŞ-ın Mərkəzi Bankı (FED) siyasət faizini 4,25%-4,50% intervalında dəyişmədən saxladı.
FED tərəfindən yayılan açıqlamada bildirilib ki, Komitə uzunmüddətli dövrdə maksimum məşğulluğa və 2% inflyasiyaya nail olmağı hədəfləyir.
Açıqlamada qeyd olunub ki, iqtisadi perspektivlə bağlı qeyri-müəyyənlik daha da artıb: “Komitə ikili mandatının hər iki tərəfi üçün risklərə diqqət yetirir və işsizliyin və inflyasiyanın artması risklərinin yüksəldiyini qiymətləndirir.”
Komitənin, hədəflərini dəstəkləmək üçün federal fond faiz dərəcəsi üzrə hədəf intervalını 4,25%-dən 4,50%-dək saxlamağa qərar verdiyi qeyd olunub:
“Komitə hədəf intervalına əlavə düzəlişlərin miqyasını və zamanını qiymətləndirərkən daxil olan məlumatları, inkişaf edən mənzərəni və risk balansını diqqətlə nəzərdən keçirəcək. Komitə Xəzinə qiymətli kağızları, agentlik borcu və ipoteka təminatlı qiymətli kağızlardakı aktivlərini azaltmağa davam edəcək. Komitə maksimum məşğulluğu dəstəkləməyə və inflyasiyanı 2% hədəfinə qaytarmağa sadiqdir.”
Azərbaycan İnformasiya Agentliyi