Fələstin Naurunun Qüdsdə səfirlik açmaq qərarını qınadı
Ramallah, 22 iyul (Hibya) - Fələstin Xarici İşlər və Xaricdə Yaşayanlar Nazirliyi Nauru Nazirlər Kabinetinin Qüdsdə səfirlik açmaq qərarını ən sərt şəkildə qınadığını açıqlayıb.
Fələstin Xarici İşlər və Xaricdə Yaşayanlar Nazirliyinin yazılı bəyanatında Sakit okean ada dövləti Naurunun Nazirlər Kabinetinin işğal altındakı Qüdsdə səfirlik açmaq qərarı qınanıb.
Bəyanatda Nauru hökumətinin bu qərarı Fələstin xalqının qanuni hüquqlarına qarşı hücum və Birləşmiş Millətlər Təşkilatının (BMT) qətnamələri ilə beynəlxalq hüququn açıq şəkildə pozulması kimi qiymətləndirilib.
Nazirlik Nauru hökumətini bu qərardan geri çəkilməyə çağıraraq vurğulayıb ki, İsrail işğal hakimiyyətinin Qüdsdə həyata keçirdiyi bütün addımlar və qərarlar beynəlxalq hüquqa görə etibarsız və hüquqi qüvvədən məhrumdur.
Azərbaycan İnformasiya Agentliyi