Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Kanadanın xarici işlər naziri Anita Anand Kanadanın Hind-Sakit okean regionunda daha güclü və dayanıqlı iqtisadi struktur yaratmaq məqsədi ilə ASEAN ilə əməkdaşlığı dərinləşdirmək üçün dəyəri 10 milyon dollardan çox olan yeni təşəbbüslərə başladığını açıqlayıb.

Anand sosial media hesabında paylaşdığı açıqlamada ASEAN-ın Kanadanın Hind-Sakit okean strategiyasında mühüm tərəfdaş olduğunu bildirərək, 2025-ci ildə tərəflər arasında ticarət dövriyyəsinin 52 milyard dolları keçdiyini qeyd edib.

Anand bildirib ki, hazırda danışıqları davam edən ASEAN-Kanada Azad Ticarət Sazişinin tamamlanması ticarət maneələrinin azaldılmasına, bazara çıxış imkanlarının yaxşılaşdırılmasına və ticarət ilə investisiya sahələrində yeni imkanların yaradılmasına töhfə verəcək.

O əlavə edib ki, Kanadanın yeni təşəbbüsləri biotəhlükəsizliyin gücləndirilməsi, maliyyə cinayətləri ilə mübarizə, uşaqların istismardan qorunması, miqrant işçilərə dəstək göstərilməsi və ASEAN ölkələrində qadın liderliyinin təşviqi kimi sahələrə yönələcək. Bu addımların məqsədi tərəflər arasında tərəfdaşlığı daha da gücləndirməkdir.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp