Fələstin Qəzzanı "aclq zonası" elan etdi
Rəmalah, 7 may (Hibya) – Fələstin Baş naziri və Xarici işlər naziri Məhəmməd Mustafa Qəzza zolağını rəsmi olaraq aclıq zonası elan edib.
Qəzzadakı ağırlaşan humanitar vəziyyətlə bağlı Təcili Müdaxilə Əməliyyat Qrupu ilə birlikdə keçirilən mətbuat konfransında Mustafa BMT sisteminin bütün mexanizmlərini dərhal işə salmağa və Qəzzanı aclıq bölgəsi kimi tanımağa çağırıb.
Baş nazir bildirib ki, Fələstin hökuməti Fələstin xalqına qarşı hücumlar və aclığa qarşı mübarizəni davam etdirəcək və beynəlxalq ictimaiyyətlə birlikdə həyatları xilas etmək, bərpa və yenidənqurma üçün təməl atmaq üçün yorulmadan çalışacaq.
Azərbaycan İnformasiya Agentliyi