Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Fələstinin Xarici İşlər və Xaricdə Yaşayan Fələstinlilər Nazirliyi Kanada, Danimarka, Finlandiya, Fransa, İslandiya, İrlandiya, Norveç, Polşa, Portuqaliya, İspaniya, İsveç və Böyük Britaniyanın beynəlxalq hüquqa görə qanunsuz hesab edilən yaşayış məntəqələri ilə məhsul ticarətinə milli və Avropa səviyyəsində məhdudiyyətlərin tətbiq edilməsi ilə bağlı birgə bəyanatını alqışlayıb.

Nazirliyin bəyanatında Böyük Britaniya, Fransa və Kanadanın məskunlaşma məhsullarının ticarətini qadağan etmək istiqamətində addımlar atmaq qərarının təqdir edildiyi bildirilib və digər ölkələr də oxşar addımlar atmağa çağırılıb.

Bəyanatda İsrailin işğal olunmuş Fələstin ərazilərində, o cümlədən Şərqi Qüdsdə qanunsuz məskunlaşma fəaliyyətlərini dərhal dayandırmalı olduğu vurğulanıb, məskunlaşma məhsullarının ticarətinə qadağanın ilk addım olması və daha geniş sanksiyalarla dəstəklənməsi tələb edilib.

Fələstin Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti, ilk növbədə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 2334 saylı qətnaməsi olmaqla, müvafiq qərarları həyata keçirməyə və Beynəlxalq Ədalət Məhkəməsinin məsləhət xarakterli rəyinə əməl etməyə çağırıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp