Fon der Lyayen: Braziliyada demokratiya və çoxtərəflilik qalib gəldi
Brüssel, 26 oktyabr (Hibya) - Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Braziliya Prezidenti Luiz İnasiu Lula da Silvanı seçkilərdə qələbə qazanması münasibətilə təbrik edərək, Avropa ilə Braziliya arasında əməkdaşlığın davam edəcəyini bildirib.
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen açıqlamasında Braziliya Prezidenti Luiz İnasiu Lula da Silvanı seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib.
Fon der Lyayen Braziliyada demokratiya və çoxtərəfliliyin qalib gəldiyini bildirərək, Avropa ilə Braziliya arasında tərəfdaşlığın inkişaf etdiyini qeyd edib. Qarşıdakı illərdə də Braziliyanın yanında olacaqlarını vurğulayan fon der Lyayen azad və açıq ticarət, qaydalara əsaslanan qlobal nizam və iqlim hədəfləri sahələrində sıx əməkdaşlığı davam etdirəcəklərini bildirib.
Azərbaycan İnformasiya Agentliyi