Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Müdafiə naziri Hegsethin çıxışından əsas məqamlar:

“Prezident Trampın planı cəsarətli və ağıllı idi. Dünyaya göstərdi ki, Amerikanın çəkindirmə gücü geri qayıdıb. Bu prezident danışanda dünya onu dinləməlidir və ABŞ ordusu – dünyanın indiyə qədər gördüyü ən güclü ordu – onun sözlərinin arxasındadır.”

“Prezident ‘60 gün’ dedikdə, bu 60 gün sülh və danışıqlar demək idi və sonra İranın nüvə potensialı artıq mövcud olmayacaqdı. O, sözünün arxasında durdu. Biz əvvəlki administrasiya deyilik. Prezident Tramp dedi: ‘Nüvə silahı olmayacaq’. Tramp sülh istəyir və İran da bu yolu seçməlidir.”

İran bu sözləri ciddiyə alarsa, ağıllı iş görmüş olar.

Prezident Trampın da dediyi kimi, ABŞ müharibə istəmir. Amma tərəfdaşlarımız, xalqımız və maraqlarımız təhdid olunarsa, tez və qətiyyətlə hərəkət edəcəyimizə əmin ola bilərsiniz.

ABŞ Baş Qərargah rəisi Den Keynin çıxışından əsas məqamlar:

“Əməliyyatın məqsədi İranın nüvə silahları infrastrukturunu məhv etmək idi. Bu, yüksək səviyyədə gizli bir əməliyyat idi və biz istədiyimiz sürət və dəqiqliklə dünyanın müxtəlif bölgələrində gücümüzü göstərə biləcəyimizi sübut etdi. Vaşinqtonda çox az adam bu barədə məlumatlı idi.”

“Cümə gecəsi B-2 bombardmançı təyyarələrinin böyük bir donanması ABŞ ərazisindən havaya qalxdı. Taktiki sürprizi qorumaq üçün bəzi təyyarələr qərbə, Sakit okeana yönəldildi. Aldatma əməliyyatının uğurla nəticələnməsi nəticəsində, 7 B-2 təyyarəsi 18 saatlıq minimal rabitəli uçuşdan sonra hədəf bölgəsinə çatdı.”

“ABŞ İran hava məkanına daxil olduqdan sonra 4-cü və 5-ci nəsil qırıcı təyyarələr bombardmançıların önündə yüksək sürətlə hərəkət edərək düşmənin bütün hava hücumlarını və zenit təhdidlərini zərərsizləşdirmişdir.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp