Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İsrail Prezidenti İshaq Hersoq İsrailin regiondakı mühüm tərəfdaşlarından biri kimi xarakterizə etdiyi Azərbaycana gəlib. Hersoq səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşməyi və CICA Zirvə Görüşündə iştirak etməyi səbirsizliklə gözlədiyini ifadə edib.

Azərbaycana gəldikdən sonra açıqlama verən Hersoq deyib: “Az öncə regionumuzda İsrailin mühüm tərəfdaşı olan Azərbaycana gəldim”.

Hersoq Azərbaycan Prezidenti İlham Əliyevlə görüşmək və Bakıda müxtəlif Asiya ölkələrinin liderləri ilə birlikdə CICA Zirvə Görüşündə iştirak etmək arzusunu ifadə edərək bildirib: “Dostum İlham Əliyevlə görüşməyi və Bakıda Asiyanın müxtəlif ölkələrinin liderləri ilə birlikdə CICA Zirvə Görüşündə iştirak etməyi səbirsizliklə gözləyirəm”.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp