Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İsrail Müdafiə Qüvvələri (İDF) Cənubi Livandakı fəaliyyəti ilə bağlı açıqlama yayıb.

Açıqlamada bildirilib ki, 91-ci Diviziyanın bölmələri təhlükəsizlik zonasında Hizbullaha məxsus olduğu deyilən silah və sursatın aşkar edilərək məhv edilməsi istiqamətində əməliyyatlarını davam etdirir. Son günlər keçirilən əməliyyatlar zamanı onlarla silah və sursatın ələ keçirildiyi qeyd olunub.

İDF-nin məlumatına görə, 401-ci, 4-cü və 300-cü briqadaların bölmələri Kalaşnikov tüfəngləri, RPG raketləri, partlayıcı qurğular, əl qumbaraları, daraqlar və müxtəlif hərbi avadanlıqlar aşkar ediblər.

Bəyanatda həmçinin qeyd olunub ki, 869-cu Kəşfiyyat Bölməsi Ras əl-Beyda bölgəsində İsrail qüvvələri üçün təhlükə yaratdığı iddia edilən bir şübhəlini müəyyən edib. 55-ci Briqadanın əsgərləri həmin şəxsi ərazidən uzaqlaşdırmaq məqsədilə xəbərdarlıq atəşi açıblar. Şübhəli xəbərdarlıqlara baxmayaraq yaxınlaşmağa davam etdikdən sonra hadisəyə müdaxilə olunub.

İDF-nin açıqlamasında yer alan məlumatlar müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp