Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Monteneqro Prezidenti Yakov Milatoviç ölkənin aparıcı süni intellekt mütəxəssisləri ilə keçirdiyi görüşlə bağlı açıqlama verib.

Milatoviç bildirib ki, görüşdə yerli bilik və yeni texnologiyaların ölkənin inkişafı üçün konkret üstünlüyə çevrilməsi yolları müzakirə olunub.

Monteneqronun istedadlı insan resurslarına, güclü elmi ictimaiyyətə və öz texnoloji həllərini inkişaf etdirmək potensialına malik olduğunu deyən Milatoviç bu imkanların universitetlər, dövlət qurumları və özəl sektorla bir araya gətirilməsinin vacibliyini vurğulayıb.

Milatoviç süni intellektin səhiyyə və təhsil xidmətlərini inkişaf etdirə, dövlət idarəçiliyini daha səmərəli edə və iqtisadiyyatın rəqabət qabiliyyətini artıra biləcəyini bildirib. O, həmçinin süni intellektin ixtisaslı və yüksək maaşlı yeni iş imkanları yarada, gənclərin ideya və layihələrini Monteneqroda həyata keçirmələrinə töhfə verə biləcəyini qeyd edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp