Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

İsrail Müdafiə Qüvvələri (IDF) Cənubi Livanda baş vermiş toqquşma ilə bağlı açıqlama verib.

Açıqlamaya əsasən, Qolani Briqadasına məxsus bölmələr Deyr Siran bölgəsində şübhəli ərazini yoxlayarkən Hizbullah üzvü ilə qarşılaşıblar. Baş verən silahlı qarşıdurma zamanı çavuş David Hazut həlak olub, daha bir əsgər isə yüngül xəsarət alıb.

IDF bildirib ki, ərazidə aparılan geniş axtarışlardan sonra hücum edən şəxs yaxınlıqdakı binada müəyyən edilərək zərərsizləşdirilib.

Açıqlamada həmçinin deyilir: "IDF öz qüvvələrinə yönələn bütün təhdidləri aradan qaldırmaq üçün əməliyyatlarını davam etdirəcək və Hizbullah terror təşkilatının İsrail Dövləti vətəndaşlarına və IDF qüvvələrinə hücum etməsinə imkan verməyəcək."

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp